Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Astara Tarix–Diyarşünaslıq muzeyi

Astara  Tarix – Diyarşünaslıq  Muzeyi   Azərbaycan  SSRİ – nin  Nazirlər  kabinetinin  4 yanvar  1980 – ci il  tarixli  qərarına  əsasən  yaradılmışdır. Azərbaycanda  Muzey  işinin  canlandırılması  və  inkişafı  Ümummilli  Lider   Heydər  Əliyevin  adı  ilə  sıx  bağlıdır.  

1980 – ci ildə  bilavasitə  H.Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  Respublikamızda  muzey  işinə  dair  qərar  və  rayonlarda  Tarix – Diyarşünaslıq   Muzeylərinin  yaradlımasında  bu  qərarda  öz  əksini  tapmışdır.  1980, 1982 – ci illərdə  30 –a dək  yeni  Tarix – Diyarşünaslıq  Muzeyləri  yaradılmışdır  ki,  bunların  da  içərisində  Astara  Tarix – Diyarşünaslıq  Muzeyi  vardır.

Muzey  bir  Ekspozisiya  şöbəsindən  və fonddan  ibarətdir.  Bu  ekspozisiya  altı  zalda  yerləşdirilməklə  aşağıdakı  bölmələrdən  ibarətdir. 

- Təbiət  və  orta  əsrlər  bölməsi.

- Milli  mədəniyyət  və  etnoqrafiya, “ İnqilab “ bölməsi

Müharibə  və  müasir  həyat  bölməsi

Muzeyin  əsas  fondunda  7755  ədəd  eksponat  daxil  edilmişdir  ki,  bunların  2004  ədədi  muzeyin  ekspozisiyasında  nümayiş  etdirilir.  5751  ədəd  eksponat  isə  muzeyin  fondunda  mühafizə  olunur.  Muzeydə  olan  eksponatlar  əsas  8  adda  kolleksiyalara  ayrılmışdır. 

Kolleksiya  aşağıdakı  formada  ayrılmışdır.

  1. Arxelogiya
  2. Nəqqaşlıq
  3. Məişət və etnoqrafiya
  4. Heykəltaraşlıq
  5. Tətbiqi  incəsənət
  6. Fotoqrafiya
  7. Sənədlər
  8. Sairələr

Muzeyin  fond  əsasən  arxeloji  qazıntılar  zamanı  rayonumuzun  arasında  tapılmış  tarixi  eksponatlarla  zənginləşdirilmişdir.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı